AZ

Tramp Rusiya ilə əməkdaşlığa görə Hindistana cərimə tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp Hindistana 25 faiz rüsum, Rusiyadan hərbi texnika və enerji aldığına görə isə əlavə cərimə tətbiq edəcəyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, o bildirib ki, Hindistanda rüsumlar dünya ölkələri arasında ən yüksək olduğu üçün ABŞ-la ticarət əlaqələri illərdir aşağıdır.

“Həmçinin onlar hərbi texnikalarının böyük əksəriyyətini hər zaman Rusiyadan alıblar. Hər kəsin Rusiyanın Ukraynadakı qətlləri dayandırmasını istədiyi bir vaxtda Hindistan Çinlə birlikdə Rusiyanın ən böyük enerji tədarükçüsüdür. Buna görə də avqustun 1-dən Hindistana 25 faiz rüsum və sadalananlara görə əlavə cərimə tətbiq edəcəyik”, - deyə Tramp əlavə edib.

Seçilən
7
1
azerbaijan-news.az

2Mənbələr