AZ

Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi DİM-lərin uğurla reallaşdırılmasına mühüm töhfə verir – Sahibə Qafarova

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi DİM-lərinuğurla reallaşdırılmasına mühüm töhfə verir.

Trend xəbərverir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova iyulun30-da Cenevrədə Parlament Sədrlərinin VI Dünya Konfransıçərçivəsində keçirilən panel müzakirəsindəki çıxışında deyib.

Spiker bildirib ki, ölkəmizin azad edilmiş Qarabağ və ŞərqiZəngəzur bölgələrinin dirçəldilməsi, eləcə də, keçmiş məcburiköçkünlərin doğma yurdlarına qayıdışını nəzərdə tutan “BöyükQayıdış” proqramının həyata keçirilməsi DİM-lərin uğurlareallaşdırılmasına mühüm töhfə verir. Aparılan yenidənqurma işləriilə yanaşı, bu ərazilərdə bu gün artıq əlli mindən çox insanyaşayır, işləyir və təhsil alır.

Spiker Sahibə Qafarova bildirib ki, azad edilmiş ərazilərinminalarla çirklənməsi bu ərazilərin inkişafı üçün əsas maneə olaraqqalır. Məhz buna görə də Azərbaycan “Təhlükəsiz qayıdış,məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi iləmübarizəyə dair fəaliyyətlər”i özünün 18-ci milli DİM-i kimi qəbuledib. Həmçinin, bu məqsədin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədikimi təsis olunması da təklif edilib.

Qeyd edilib ki, cari ilin may ayında Azərbaycan RespublikasınınPrezidenti 2027–2030-cu illər üzrə yeni inkişaf strategiyasının və“İkinci Böyük Qayıdış Proqramı”nın hazırlanması ilə bağlı Sərəncamimzalayıb. Bu sənədlərin icrası DİM-lərin həyata keçirilməsinə dahaböyük töhfələr verəcək.

Seçilən
55
10
az.trend.az

10Mənbələr