
Banka terapiyası qan və limfa mikrotsirkulyasiyasını artırır, həmçinin əzələ spazmı zamanı yaranan ağrıları azaldır. Bu barədə NEWS.ru-ya açıqlamasında terapevt Anastasiyə Timoşenko bildirib. Onun sözlərinə görə, bu üsul vakuum təsirinə əsaslanır və əvvəllər şüşə bankalardan istifadə olunurdusa, hazırda silikon bankalardan istifadə edilir.“Banka terapiyası dərinin səthinə yerli vakuum təsirinə əsaslanan bir üsuldur. Əvvəllər bu məqsədlə şüşə bankalardan istifadə olunurdu. Hazırda isə silikon vakuum bankaları geniş tətbiq edilir. Əgər ağrılı əzələ spazmı varsa, vakuum effekti nəticəsində həmin nahiyədə qan axınının artması və mikrotsirkulyasiyanın yaxşılaşması ağrının azalmasına və iltihabın yüngülləşməsinə səbəb olur. Bundan əlavə, bu masaj növü diqqəti yayındıraraq ağrının hissini zəiflədir”, – deyə Timoşenko izah edib.O bildirib ki, bu metodun təsir mexanizmi yerli qan axınını artırmaq və limfa dövranını gücləndirmək üzərində qurulub. Timoşenkonun sözlərinə görə, vakuum sayəsində dəri altı piy qatının dərin təbəqələrinə də təsir etmək mümkündür.Ulusum.az
Diqqət Çəkənlər
Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO
Kamçatkada 8,7 bal gücündə zəlzələ: 4 metrlik sunami dalğaları və təxliyə həyəcanı - VİDEO
Qardaşlar arasında qanlı qarşıdurma: Sumqayıtda dəhşətli hadisə