AZ

Ukraynalılar üçün ümid qapısı: Tramp ABŞ-da qalmağa icazə verdi

Ukraynalılar

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkəyə gələn Ukrayna vətəndaşlarına Rusiya-Ukrayna müharibəsi başa çatana qədər qalmaq icazəsi veriləcək. Bu barədə məlumatı jurnalist Aleks Raufoğlu “X” (əvvəllər Twitter) sosial şəbəkəsində yayıb.“Düşünürəm ki, bunu edəcəyik. Ukraynadan gələn çox sayda insanımız var”, – deyə Tramp qeyd edib.Bundan əlavə, Tramp iyulun 29-da verdiyi açıqlamada atəşkəs razılaşmasının əldə olunması üçün 10 gün vaxtın qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu müddət “bugündən etibarən” başlayır. Əgər danışıqlar baş tutmasa, ABŞ prezidenti Rusiyaya qarşı tariflər tətbiq etmək niyyətindədir. Lakin o, bu tariflərin Rusiyaya ciddi təsir göstərməyəcəyini də etiraf edib. Tramp başqa tədbirlər barədə də danışsa da, onların detalları açıqlanmayıb.Ulusum.az

Diqqət Çəkənlər

Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO

Kamçatkada 8,7 bal gücündə zəlzələ: 4 metrlik sunami dalğaları və təxliyə həyəcanı - VİDEO

Qardaşlar arasında qanlı qarşıdurma: Sumqayıtda dəhşətli hadisə

Seçilən
2
ulusum.az

1Mənbələr