AZ

Emersondan etiraf: ''Beşiktaş'' artıq biletimi də almışdı''

Bu yay ''Beşiktaş''a transferi son anda baş tutmayan 3 sağ müdafiəçisindən biri olan və sonda ''Flamenqo''ya keçməyə üstünlük verən Emerson Royal yeni klubunda ilk mətbuat konfransında maraqlı açıqlamalar verib.

O etiraf edib ki, hətta Türkiyəyə bileti də alınmışdı:
''Beşiktaş''la danışıqlarda bir xeyli irəliləmişdik. Hətta onlar biletimi də alıb məni Türkiyəyə dəvət etmişdilər. Amma sonradan menecerim mənə ''Flamenqo''nun marağından bəhs etdi. Klub mənə layihəni anlattı və hər şey çox tez baş verdi. Demək olar ki, bütün proses bir gecədə tamamlandı. ''Flamenqo''nun təklifini qəbul edərkən pulu yox, layihəni ön planda tutdum. Tərəddüd etmədən müqaviləyə imza atdım. Bu formanı geymək arzumu həyata keçirmək üçün böyük bir fürsət oldu''. Qeyd edək ki, transfer tamamlandıqdan sonra ''Flamenqo''nun paylaşımı da ən azı keçidin özü qədər müzakirələrə səbəb oldu. Braziliya nəhəngi ''iks''də (tvitterdə) ingilisdilli rəsmi hesabında ''Braziliyada oynamaq Türkiyədə oynamaqdan daha üstündü'' mənasını verən bir ifadə paylaşmış və ''Beşiktaş''a sataşmışdı. Rəsmi açıqlanmasa da, İtaliya mətbuatının iddiasına görə ''Flamenqo'' bu futbolçu üçün ''Milan''a 9 milyon avro ödəyib. 25 yaşlı futbolçu artıq yeni klubunda məşqlərə çıxmağa başlayıb''.
Seçilən
24
football-plus.az

1Mənbələr