Hurriyyet.az xəbər verir ki, "Vaşinqton Post" nəşri İsrail ilə münaqişənin alovlandığı 2023-cü ilin oktyabrından bəri Qəzza bölgəsində 18,5 min nəfər uşağın həlak olduğunu yazıb.
Qəzet həlak olan uşaqların hamısının adlarını dərc edib. 18 592 uşağın 953 nəfərinin bir yaşına çatmadığı bildirilir. Məlumatı Qəzza bölgəsinin Səhiyyə Nazirliyi təqdim edib.
Nazirliyin 29 iyul tarixli məlumatına förə, 2023-cü ildən bəri Qəzzanın 60 034 sakini həlak olub, 145 870 nəfər yaralanıb.
Hürr Tərcüman