Bakı. Trend:
İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova ParlamentSədrlərinin VI Dünya Konfransı çərçivəsində - “2030-cu ilədəkDayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq: Beynəlxalqəməkdaşlıq üçün hansı yeni imkanlar mövcuddur?” mövzusundakeçirilən panel müzakirəsində çıxış edib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Parlamentin spikeri çıxışında deyib ki, Dayanıqlı İnkişafMəqsədlərinin uğurla həyata keçirilməsi ilə bağlı ciddinarahatlıqlar hələ də qalmaqdadır. Keçmiş təcrübələr göstərir ki,həm milli, həm də beynəlxalq səviyyədə hərtərəfli yanaşmazəruridir.
Qeyd olunub ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə 2030Gündəliyinə böyük əhəmiyyət verir və onun icrası istiqamətindəmühüm irəliləyişlər əldə edib. Artıq BMT-nin Yüksək SəviyyəliSiyasi Forumuna dörd Könüllü Milli Hesabat təqdim olunub.Hökumətimiz 50-dən çox dövlət proqramını, milli inkişaf planlarınıvə strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri iləuyğunlaşdırıb.
Ölkəmizin azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinindirçəldilməsi, eləcə də, keçmiş məcburi köçkünlərin doğmayurdlarına qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramınınhəyata keçirilməsi DİM-lərin uğurla reallaşdırılmasına mühüm töhfəverir. Aparılan yenidənqurma işləri ilə yanaşı, bu ərazilərdə bugün artıq əlli mindən çox insan yaşayır, işləyir və təhsilalır.
Spiker Sahibə Qafarova bildirib ki, azad edilmiş ərazilərinminalarla çirklənməsi bu ərazilərin inkişafı üçün əsas maneə olaraqqalır. Məhz buna görə də Azərbaycan “Təhlükəsiz qayıdış,məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi iləmübarizəyə dair fəaliyyətlər”i özünün 18-ci milli DİM-i kimi qəbuledib. Həmçinin, bu məqsədin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədikimi təsis olunması da təklif edilib.
Cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti2027–2030-cu illər üzrə yeni inkişaf strategiyasının və “İkinciBöyük Qayıdış Proqramı”nın hazırlanması ilə bağlı sərəncamimzalayıb. Bu sənədlərin icrası DİM-lərin həyata keçirilməsinə dahaböyük töhfələr verəcək.
Bildirilib ki, Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin vaxtındavə səmərəli icrası, həmçinin səylərin birləşdirilməsindən vəbir-birimizin inkişafına dəstək verməyimizdən asılıdır.
Milli Məclisin sədri deyib ki, son beş il ərzində 140-dan çoxölkəyə göstərilmiş 330 milyon ABŞ dolları dəyərində humanitar,iqtisadi və texniki yardım, Azərbaycanın beynəlxalq əməkdaşlığasadiqliyinin bariz nümunəsidir. 2018-ci ildən etibarən AzərbaycanQoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrintələbələrinə tam ali təhsil təqaüdləri təqdim edir. Keçən ilAzərbaycanda keçirilmiş COP29-un əhəmiyyətli və real nəticələri,şübhəsiz ki, DİM-lərin hərtərəfli reallaşmasına müsbət təsirgöstərəcək.