AZ

Avropadan xoş xəbər: Ukraynada müharibə dayandırılır

“Ukraynada döyüşlərin yaxın vaxtlarda dayandırılması ehtimalı var, lakin bu, Rusiya təhlükəsinin aradan qalxması demək deyil”.

Bizim.Media “tvp.info”ya istinadən xəbər verir ki, bu fikirləri Polşanın Baş naziri Donald Tusk səsləndirib.

O, Rusiya təhdidi fonunda Polşa ordusunun daha da gücləndirilməsinin və modernləşdirilməsinin zəruriliyini vurğulayıb.

"Rusiya-Ukrayna müharibəsinin yaxın vaxtlarda ən azı müvəqqəti olaraq dayandırılacağına dair böyük ehtimallar və çoxsaylı əlamətlər var. Lakin bu, vəziyyətimizi heç bir halda dəyişmir", – deyə Tusk bildirib.

Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr