AZ

İtaliyada Qərbi Nil qızdırması diaqnozu qoyulmuş səkkizinci xəstə ölüb

İtaliyada Qərbi Nil qızdırması diaqnozu qoyulmuş səkkizinci xəstə ölüb.

Bakues.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri yazır.

Söhbət Kazerta şəhərindən (Kampaniya bölgəsi) olan 73 yaşlı kişidən gedir.

Nəşr qeyd edir ki, bu, Kampaniya bölgəsində sözügedən xəstəlikdən dördüncü ölüm hadisəsidir. Ölənlərin hamısı xroniki xəstəlikləri olan 70-80 yaşlı şəxslərdir. Bölgədə xəstəliklə bağlı 23 hadisə qeydə alınıb. Hakimiyyət orqanları fövqəladə vəziyyətin olmadığını, lakin yoluxmanın qarşısını almaq üçün tədbirlərin görüldüyünü bildirir.

Qərbi Nil qızdırması ağcaqanadlar vasitəsilə ötürülən kəskin transmissiv xəstəlikdir.

Seçilən
9
4
icma.az

5Mənbələr