Sakit okeanda baş verən 8.8 bal gücündə zəlzələnin ardından Rusiyanın uzaq şərqində yerləşən Kamçatka yarımadasındakı Klyuçevskoy vulkanı fəallaşıb və partlayış baş verib.
News24.az xəbər verir ki, rus dövlət agentliyi RIA məlumatı təsdiqləyib. Zəlzələ nəticəsində bölgədə 5 metr hündürlüyündə tsunami dalğaları qeydə alınıb. Sahil şəhərlərində fövqəladə hallar elan olunub və təxliyələrə start verilib.
Rus rəsmi orqanları vulkanik aktivliyi və zəlzələnin ciddi fəsadlar törətdiyini təsdiqləyib. Hadisə təkcə Rusiya ilə məhdudlaşmayıb – Yaponiyanın şərq sahillərində də təxliyə xəbərdarlıqları edilib. Zəlzələnin bəzi ərazilərdə binalara ziyan vurduğu bildirilir.
Hazırda həm seysmoloji, həm də vulkanoloji nəzarət gücləndirilib, bölgədəki təhlükə səviyyəsi artırılıb.
Xeyrənsə Piriyeva