AZ

“O, hazırda fiziki cəhətdən komanda yoldaşlarına çatmağa çalışır” – Rüfət Abdullazadəyə nə olub?

Son iki mövsümü “Səbail”də keçirən Rüfət Abdullazadənin “Varajdin”ə transfer olunduğu hər kəsə məlumdu. Rüfət Xorvatiya çempionatında oynayan ikinci azərbaycanlı olacaq.

Maraqlı bir məqam var: Rüfətin “Varajdin”ə transferi ilə bağlı ilk xəbərlər Azərbaycan mediasında iyulun 20-də görünsə də, klub bu transferi iyulun 24-də açıqladı.

Bildiyiniz kimi, həmvətənimizin adı Konfrans Liqasında iştirak üçün ərizəyə də salınmayıb. Bunun səbəbini futbolçunun meneceri Emil Əsədovdan soruşduq:
“Rüfətin transferi rəsmiləşməmiş ictimaiyyətə yayıldı. Dost-tanış bilirdi ki, Xorvatiyaya gedib, onlar yaydı, halbuki yayılmamalıydı. “Santa Klara” ilə oyun üçün iştirak ərizəsinə salınmamasına gəlincə, tez getsəydi belə, hələ ki Rüfət oynamağa hazır deyil. Hazırda ona xüsusi məşq proqramları veriblər, gündə iki dəfə çalışır. O, hazırda fiziki cəhətdən komanda yoldaşlarına çatmağa çalışır. İki-üç həftə vaxt lazımdı ki, Rüfət lazımi formaya düşsün”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
16
football-plus.az

1Mənbələr