AZ

Dostunu güllələdi, sonra polisə məlumat verdi

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda silahlı insident yaşanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə rayonun Havuzlar qəsəbəsində, Ecevit Bulvarındakı Cumhuriyyət parkında baş verib.

Məlumata görə, U.B. adlı şəxs dostu M.A. ilə birlikdə spirtli içki qəbul etdiyi zaman aralarında mübahisə yaranıb. Həmin vaxt əsəblərinə hakim ola bilməyən U.B. çantasından çıxardığı tapança ilə M.A.-nı ayağından vurub.

Bundan sonra U.B. polisə zəng edərək dostunu güllələdiyini etiraf edib. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xəstəxanaya çatdırılan M.A.-nın vəziyyətinin yaxşı olduğu bildirilib.

Seçilən
25
publika.az

1Mənbələr