AZ

Xırdalanda kanalizasiya quyularına dəmir əvəzinə daş "qapaq"lar qoyulur - VİDEO

Xırdalan şəhəri 28-ci məhəllədə kanalizasiya qapağının əvəzinə daş "qapaq" qoyulub.

Azreform.info xəbər verir ki, milli.az-a müraciət edən sakinlər bildiriblər ki, əvvəl dəmir qapaq olub və daha sonra götürülüb. 

"Uzun müddət kanalizasiya quyusu qapaqsız qaldı, hətta bir dəfə balaca bir uşaq da ora düşmüşdü. Şikayətlərdən sonra isə bir ay əvvəl dəmir qapaq əvəzində daş "qapaq" gətirib qoydular.

Bu da əlavə problem yaradır, maşınla keçmək üçün çox az bir yer qalır və çox vaxt sürücülər onu görmürlər və kiçik qəzalar edirlər. Uşaqlar da məhlədə oynayarkən diqqətsizlik edib daş "qapağ"a ilişib yıxılırlar. Bir neçə dəfə Abşeron Rayon Sukanal İdarəsinə müraciət etmişik, xeyri olmadı".

Digər bir sakin isə bildirib ki, bir il əvvəl dəmir qapaq oğurlandı.

"İndidə idarə daş qapaq qoydu, yəqin fikirləşirlər ki, belə etsələr oğurlanmaz"

Seçilən
23
3
azreform.info

4Mənbələr