AZ

"Saatlarla su gözləyirik, nəticə yoxdur"

Yay aylarının yandırıcı istisində paytaxtın bəzi bölgələrində içməli suyun ya tamamilə kəsilməsi, ya da uzun fasilələrlə verilməsi sakinləri ciddi çətinliklərlə üz-üzə qoyub.

Milli.Az xəbər verir ki, su problemi yaşayan ərazilərdən biri də Xırdalandır.

Artıq bir aya yaxındır ki, Xırdalanda yaşayan vətəndaşlar su çatışmazlığından əziyyət çəkdiklərini bildirirlər. Onların sözlərinə görə, bu vəziyyət gündəlik həyatlarını iflic edib:

"Evdə körpə uşağım var, bu şəraitdə necə yaşayaq? Saatlarla su gözləyirik, nəticə yoxdur".

Məsələ ilə bağlı binanın komendantı bildirib ki, narazılığın əsas səbəbi suyun səhər və axşam saatlarında fasilələrlə verilməsidir.

Onun sözlərinə görə, kompleksin su çəni sakinlərin sayı ilə bağlı tələbatı tam ödəyə bilmir. Ona görə də ərazidə yeni su çəninin tikintisi nəzərdə tutulub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, Bakı və Abşeron yarımadasında havanın hədsiz isti keçməsi əhalinin suya tələbatını artırıb. Bu da mərkəzi anbarlarda su ehtiyatını kəskin azaldıb. Bəzi ərazilərdə buna görə suyun fasilələrlə verilməsi təyin olunub. Yaxın günlərdə problem aradan qaldırılacaq.

Asya
Milli.Az 

Seçilən
12
milli.az

1Mənbələr