AZ

İstefada olan generaldan İsrailə şok xəbərdarlıq - Türkiyə İsraillə müharibəyə hazırlaşır, ölkə dağıla bilər…


İsrail Müdafiə Qüvvələrinin keçmiş baş müfəttişi və istefada olan general-mayor İçhak Brik İsraili şoka salan açıqlamalar verib. General Türkiyənin İsrailə qarşı müharibəyə hazırlaşdığını iddia edib.

Brikin sözlərinə görə, Türkiyə regionda güc balansını əsaslı şəkildə dəyişir. İstefada olan general bəyan edib ki, Türkiyə indi İranı əvəzləyib və açıq şəkildə bölgədə İsrailə qarşı durmağa hazırlaşır.

"Türkiyə artıq sadəcə regional güc deyil. O, açıq şəkildə hərbi mövqe tutur. İsrail bunu görməlidir" – deyə Brik bildirib.

Birbaşa İsrail ordusunu hədəfə alan general, ordunun Qəzzada tələyə düşdüyünü bildirib. Brik vurğulayıb ki, İsrail Müdafiə Qüvvələri çox cəbhəli müharibəyə tam hazır deyil. O, döyüş sursatı, təlim, komanda strukturu və strategiya çatışmazlığına diqqət çəkərək, İsrailin müharibədə böyük itkilərlə üzləşə biləcəyini deyib.

Brik həmçinin bildirib ki, Hizbullah hələ də zərərsizləşdirilməyib və minlərlə qabaqcıl raketlərə malikdir. O əlavə edib ki, həm şimal, həm də cənub cəbhələrində eyni vaxtda müharibə başlayarsa, İsrail dağılma risqi ilə üzləşəcək.

TAHİR

Seçilən
25
baki-xeber.com

1Mənbələr