ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.
Bakues.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında məlumat verilib.
“ABŞ-nin Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, – məlumatda qeyd olunub.