AZ

PSJ və "Tottenhem" ukraynalı üçün mübarizə aparır

Fransanın PSJ klubu, mərkəz müdafiəçisi İlya Zabarniyi "Borunmut"dan transfer etmək üçün danışıqlarını davam etdirir.

90deqiqe.Az xəbər verir ki,  22 yaşlı futbolçuya maraq göstərən təkcə Paris təmsilçisi deyil. "Tottenhem" də ukraynalıya maraq göstərərək, onu heyətinə qatmaq istəyir.

London klubu "Borunmut" klubuna Zabarni üçün 70 milyon avro təklif etməyə hazırdır. PSJ  isə hələlik bu məbləği aşağı təklif edib.

Zabarni özü isə London əvəzinə, Parisə köçməyi üstün tutduğunu bildirib. Ukrayna millisinin futbolçusu artıq Fransa nəhəngi ilə beşillik müqavilə şərtlərində razılığa gəlib.

Qeyd edək ki, Zabarni "Bournemouth"da İngiltərə Premyer Liqasında 78 oyun keçirib və 1 qol vurub.

 

 

Seçilən
4
90deqiqe.az

1Mənbələr