AZ

"Fənərbaxça" PSJ ilə bu transferlə bağlı razılıq əldə etdi

style='margin-bottom:10px;'>

PSJ-nin fubolçusu Milan Şkrinyar "Fənərbaxça"ya keçir.

QOL.az xəbər verir ki, Türkiyə klubu ötən mövsüm icarə əsasında komandada çıxış edən slovakiyalı futbolçunu birdəfəlik transfer etmək istəyir.

"L'Equipe" nəşri yazıb ki, artıq klublar arasında razılıq əldə olunub.

30 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.

Qeyd edək ki, Milan Şkrinyar 2024/2025 mövsümünün ikinci yarısında icarə əsasında "Fənərbaxça"da oynayıb. O, Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
12
teleqraf.com

1Mənbələr