“Nyukasl” heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “sağsağanlar” “Sauthempton”dan Aaron Ramsdeyl ilə anlaşıb. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Qolkiper 2025/26 mövsümünü icarə əsasında “Nyukasl”da keçirəcək.
“Sauthempton” qapıçını ötən yay “Arsenal”dan 25 milyon funt-sterlinqə transfer etmişdi.