AZ

“Matçın oyunçusu”na verilən hədiyyə: 100 yumurta, 20 litr süd və…

Futbol həmişə qızıl medallar və milyon dollarlıq müqavilələrdən ibarət deyil.

Publika.az xəbər verir ki, Avropa ölkələrinin aşağı liqalarında bəzən bütün dünyada azarkeşləri heyrətləndirən qeyri-adi mükafatlar verilir.

Norveç klubu “Bryune”nin oyunçusu Lasse Kviqstad “matçının oyunçusu” adına görə bəlkə də ən qeyri-adi mükafatlardan birini alıb: 100 yumurta, 40 paket yulaf və 20 litr süd!

Skandinaviya ölkələrinin futbolçuları qeyri-adi şəkildə mükafatlandırması ilk dəfə deyil. Yerli sponsorlar tez-tez yaradıcılıqla məşğul olurlar: kolbasa, balıq və hətta traktor verirlər.

Bundan əvvəl Norveçin elit divizionundan olan futbol klubunun rəhbərliyinin “Hauqesund”la oyunun ən yaxşı oyunçusuna quzu hədiyyə etdiyi bildirilirdi.

Seçilən
11
publika.az

1Mənbələr