AZ

Zinçenko "Arsenal"ı bu kluba dəyişə bilər

"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko bu yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Give Me Sport"a istinadən verdiyi məlumata görə, 28 yaşlı futbolçunun xidmətində "Fulhem" maraqlıdır. "Dəstəkçilər" artıq Zinçenkonun ətrafı ilə əlaqə saxlayıb və "Arsenal"a təklif vermək ehtimalını nəzərdən keçirirlər.

Mənbənin verdiyi məlumata görə, "Arsenal" Zinçenkonu təxminən 15 milyon funt-sterlinq (17,4 milyon avro) qiymətləndirir.

Bununla yanaşı, Zinçenko "Arsenal"da, xüsusilə Rikardo Kalafiorinin transferindən və Mayls Luis-Skellinin inkişafından sonra az oyun vaxtı almağa başlayıb. Ukralı futbolçu "Arsenal"da ümumilikdə 91 oyun keçirib, 3 qol vurub və 5 qol ötürməsi verib.

Seçilən
12
90deqiqe.az

1Mənbələr