ABŞ Prezidenti Donald Tramp Hindistana 25 faizlik tarif vergisi tətbiq edib.
Sitat.info xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında məlumat yayıb.
O qeyd edib ki, qərar avqustun 1-dən qüvvəyə minəcək:
"Hindistan bizim dostumuzdur. Lakin illərdir Hindistanla ticarət əlaqələrimiz nisbətən zəif inkişaf edib, çünki bu ölkənin tətbiq etdiyi tarif vergiləri olduqca yüksəkdir. Hindistan hərbi avadanlıqlarının böyük hissəsini Rusiyadan alır və Çinlə birlikdə Rusiya enerjisinin əsas alıcılarından biridir. Bu isə narahatedici bir vəziyyətdir. Məhz bu səbəbdən Hindistan 1 avqustdan etibarən 25 faiz tarif vergisinə məruz qalacaq", – Tramp bəyan edib.