Manuel Noyer yenidən Almaniya yığmasının qapısını qoruya bilər.
Offsideplus.az xəbər verir ki, buna səbəb "bundestim"in əsas qapıçısı Mark Andre ter Ştegenin sıradan çıxmasıdır. "Barselona"nın qapıçısı əməliyyat olub və 3-4 ay meydanlardan uzaq qalacaq.
Buna görə də 39 yaşlı qapıçıya dəvət gələ bilər.
Bu barədə "BILD" nəşri məlumat yayıb.
Qeyd edək ki, M. Noyer ötən ilin yayında milli karyerasını başa vurub. O, dəvət gəlsə, yığmanın formasını geyinməyə hazırdır.