Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Cenevrədə keçirilən Parlament rəhbərlərinin Ümumdünya Konfransındakı çıxışı zamanı bir sıra nümayəndə heyətləri zaldan çıxaraq etiraz ediblər.
APA xarici KİV-ə istinadən xəbər verir ki, iştirakçılar Rusiya rəsmisinin çıxışını dinləmək əvəzinə, zalı tərk etməyi üstün tutublar.
Onlar bununla Rusiyanın fəaliyyətinə qarşı mövqelərini nümayiş etdiriblər.