AZ

Maliyyə Nazirliyi bu il 162 milyon manat artıq və əsassız ödəniş aşkar edib

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 77 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 162,011 milyon manat artıq və əsassız ödənişlər aşkar edib, ilkin maliyyə nəzarəti çərçivəsində isə 10,221 milyon manat vəsaitin artıq xərclənməsinin qarşısı alınıb.

Banco.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan və digər hüquq-mühafizə orqanlarından daxil olan məktub və qərarların icrası ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri təşkil edib. Belə ki, hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 53 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 85,24 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə yoxlama materialları aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bundan əlavə, iş planına və plandankənar nəzarət tədbirlərinə əsasən yanvar-iyun aylarında Xidmət 24 təşkilatda yoxlamalar aparıb. Bu nəzarət tədbirləri nəticəsində ümumilikdə 76,771 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib və müvafiq pozuntulara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Baş Prokurorluğa təqdim edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
16
33
banco.az

10Mənbələr