AZ

Uqanda ilə Cənubi Sudan arasında sərhəddə toqquşma: 5 əsgər həlak olub

Uqanda

Cənubi Sudan-Uqanda sərhədində baş verən qarşıdurmalarda 5 Cənubi Sudan əsgərinin həlak olduğu bildirilir.

Xalqcebhesi.az xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Cənubi Sudan Xalq Müdafiə Qüvvələrinin (SSPDF) sözçüsü Lul Ruai Koanq verdiyi yazılı açıqlamada Uqanda qüvvələrinin iki ölkə sərhədində yerləşən Mərkəzi Ekvatoriya əyalətinin Kajo Keji rayonunda müxtəlif nöqtələrə hücumlar təşkil etdiyini bildirib.

Koanq, hücumlar nəticəsində 5 əsgərin öldüyünü, çoxlu sayda mülki vətəndaşın isə didərgin düşdüyünü bildirib.

Koanq şiddətli toqquşmaların səbəblərinin araşdırıldığını bildirib və sərhəd məsələlərinin sülh yolu ilə həlli üçün “Birgə Texniki Sərhəd Komitəsi”nin yaradılmasını istəyib.

Məryəm Quliyeva

Seçilən
24
xalqcebhesi.az

1Mənbələr