İsrail ordusu tərəfindən 2023-cü ilin noyabrında Qəzza zolağında saxlanılan 60 yaşlı Sayil Rəcəb Əbu Nəsr İsrail həbsxanasında həyatını itirib.
Bakues.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatının birgə bəyanatında onun 2025-ci il yanvarın 21-də həbsdə öldüyü bildirilib.
Açıqlamaya görə, 2023-cü il oktyabrın 7-dən bu günədək İsrail həbsxanalarında ölən fələstinlilərin sayı 75-ə çatıb. Ümumilikdə isə 1967-ci ildən bəri İsrail zindanlarında 312 fələstinli məhbusun öldüyü qeyd olunub.
Hazırda həbsdə olan 10 min 800 fələstinlinin aclıq, işgəncə, tibbi laqeydlik və cinsi zorakılıq kimi hallarla üzləşdiyi bildirilir.
Fələstin hüquq müdafiəçiləri İsrailin Qəzza sakinlərinə qarşı təzyiqləri davam etdirdiyini vurğulayır.