Bu yay heyətində ciddi dəyişikliklər edən "Neftçi" daha bir legioneri ilə vidalaşa bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, yaponiyalı yarımmüdafiəçi Renosuke Ohoridir.
Ohorinin növbəti mövsümə harada başlayacağı transfer çalışmalarının gedişindən asılıdır. Belə ki, "ağ-qarlar"ın baş məşqçisi Samir Abasov 24 yaşlı legionerdən daha səviyyəli yarımmüdafiəçinin transferinə nail olsa, klub onunla yollarını ayırmaq istiqamətində danışıqlara başlayacaq. Yox, eyni mövqedə çıxış edən daha üstün əcnəbi tapmaq mümkün olmasa, Renosuke komandada qalacaq.
Onu da qeyd edək ki, hazırda "Neftçi"nin düşərgəsində olan Ohori də digər futbolçular kimi məşqlərdə müntəzəm iştirak edir.
Nihat