AZ

Üzərlik sağlamlıq üçün təhlükə yarada bilər -

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi üzərlik bitkisinin xarici ölkələrə aparılmasının təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Qeyd edilib ki, bitkinin tərkibindəki psixotrop maddələr bəzi ölkələrdə qadağan olunub və onun daşınması hüquqi məsuliyyətə səbəb ola bilər.Mövzu ilə bağlı qida eksperti İlkin Şirinov Metbuat.az-a açıqlamasında bildirib ki, üzərlik bitkisi qida məhsulu olmasa da, sağlamlıq baxımından ciddi risklər daşıyır: “Üzərlik qida məhsulu kimi tanınmasa da, bəzi məqamları xüsusi qeyd etməliyik. Bu bitki zəhərlidir və mütəmadi istifadəsi sağlamlığa zərər verə bilər. Tüstüsü bronxlara və tənəffüs yollarına mənfi təsir göstərir, ağciyər xəstəlikləri olan insanlar üçün təhlükəlidir".Ekspert qeyd edib ki, tərkibindəki alkaloid maddələr (harmalin, harmalidin, harmalol) sinir sisteminə birbaşa təsir edir. Baş ağrısı və baş gicəllənməsi kimi əlamətlərə səbəb ola bilər. Mütəmadi istifadə sinir sisteminə zərər verə bilər."Xüsusilə qeyd edilməlidir ki, üzərlik zəhərlidir və yeyilməsi qətiyyən yolverilməzdir. El arasında təbabət məqsədilə istifadə olunsa da, onun tüstüsü hamilə qadınlar və azyaşlı uşaqlar üçün təhlükəlidir", - deyə o qeyd edib.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
55
metbuat.az

1Mənbələr