Cənubi Koreyada təsirini davam etdirən şiddətli istilər səbəbindən həyatını itirənlərin sayı 13-ə yüksəlib.
Açıqlamada bu şəxslərdən 13-nün həyatını itirdiyi qeyd edilib. 2024-cü ilin eyni dövrü ilə müqayisə edildikdə, xəstə sayı təxminən 2,6 dəfə, ölüm hallarında isə 3 dəfədən çox artım müşahidə olunub.
Bu arada, ölkə üzrə bir çox bölgədə isti hava xəbərdarlıqları qüvvədədir. Ölkədəki isti hava dalğasının qarşıdakı günlərdə daha da şiddətlənəcəyi barədə xəbərdarlıq edilir.