AZ

"Kəpəz"in kapitanı Qazaxıstan klubuna keçdi

BAKI. 30 iyul. TELEQRAF

"Kəpəz"dən ayrılan futbolçu Yeqor Xvalkonun yeni klubu müəyyənləşib.

Teleqraf xəbər verir ki, belaruslu müdafiəçi Qazaxıstanın "Tobol" komandasına keçib.

28 yaşlı oyunçu ilə 1,5 illik müqavilə bağlanılıb.

Hazırda "Tobol" 16 turdan sonra 34 xalla 3-cü yerdə gedir.

Qeyd edək ki, Yeqor Xvalko 2022 - 2025-ci illərdə "Kəpəz"in formasını geyinib. O, Gəncə təmsilçisinin kapitanı olub.

Seçilən
42
teleqraf.com

1Mənbələr