AZ

Kamçatkada vulkan püskürüb - VİDEO

Kamçatkadakı Klyuçevski vulkanının püskürməsi bölgədə baş verən zəlzələdən sonra qeydə alınıb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 30-da “Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti” Federal Dövlət Büdcə Elmi Qurumunun Federal Araşdırmalar Mərkəzinin Kamçatka bölməsinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda  Klyuçevski püskürür", - Telegram kanalı yazır.

Bildirilir ki, hazırda qərb yamacından isti lava axır, həmçinin vulkanın üzərində parıltı var, partlayış səsləri eşidilir.

Mətbuat xidməti həmçinin seysmik stansiyada quraşdırılmış kameradan parlaq işığın yanıb-sönməsinin - vulkanın püskürməsinin göründüyü görüntüləri də nümayiş etdirib.

QAZİLER.AZ

 

Seçilən
25
qaziler.az

1Mənbələr