ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu axşam açıqlayacağı faiz qərarı öncəsi qızıl qiymətləri cüzi enişlə ticarətə başlayıb. Hazırda bir unsiya qızıl 3.325 ABŞ dolları səviyyəsindədir ki, bu da təxminən 5.645 manat (1 USD ≈ 1.6975 AZN) təşkil edir.
News24.az xəbər verir ki, daxili bazarda Türkiyə lirəsi ilə satılan qızıl məhsullarının manatla dəyəri belədir:
Dörddəbir (rəbal) qızıl: 7.266 lirə ≈ 458 manat
Respublika qızılı: 29.315 lirə ≈ 1.847 manat
(1 TRY ≈ 0.063 AZN məzənnəsi əsasında)
Analitiklər bildirir ki, qızılın 3.320 dollar (5.637 manat) səviyyəsində dəstək tapdığı, 3.450 dollar (təxminən 5.860 manat) civarının isə müqavimət səviyyəsi olduğu görünür. ABŞ və Çin arasında iqtisadi münasibətlərdə yaranan müsbət ab-hava risk iştahını artırsa da, investorların diqqəti FED-in qərarına yönəlib.
Bazar gözləntiləri faizlərin sabit saxlanılması yönündədir. Lakin sentyabr ayında 25 baza bəndi faiz endirimi ehtimalı 67% səviyyəsində qiymətləndirilir.
Qızılın gələcək istiqamətinə FED rəhbəri Jerome Powell-in açıqlamaları ilə yanaşı, ABŞ, Almaniya və Avrozonadan daxil olacaq iqtisadi artım göstəriciləri də təsir edəcək.
Xeyrənsə Piriyeva