Ukrayna xüsusi xidmət orqanları Rusiya kəşfiyyatına bombardmançıların yeri barədə məlumat ötürən mayor rütbəli pilot-təlimatçını saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukrayna xüsusi xidmət orqanları Rusiya kəşfiyyatına F-16, “Mirage 2000” qırıcıları və Su-24 cəbhəboyu bombardmançıların yeri barədə məlumat ötürən mayor rütbəli pilot-təlimatçını saxlayıb.
Həmçinin bildirilir ki, saxlanılan şəxs ukraynalı pilotların kimliyi və hava hücumundan müdafiə sistemlərindən necə yan keçmək barədə məlumat verib.
Xuraman Etibarlı
İnterpress.az