AZ

İranın Zəngəzur narahatlığı



Ermənistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini qəbul edib..
Ermənistan prezidenti Vaaqn Xaçaturyan 42 km. Zəngəzur dəhlizinin açılmasını ölkəsinin iqtisadi inkişafı üçün prioritet adlandırıb. Ermənistan prezidenti bu dəhlizi "dünyanın kəsişməsi" adlandırsa da, konkret olaraq " Zəngəzur" dəhlizinin açılmasının vacibliyindən danışıb. Demək olar ki, erməni siyasi rəhbərliyi "Zəngəzur dəhlizinin" açılmasında qərarlıdır. Bununla Qərblə əməkdaşlığı inkişaf etdirəcək.
İqtisadiyyatının inkişafı və qərblə-şərq arasında nəqliyyat qovşağı kimi çıxış etməklə, Qərbin diqqətini ölkəsinə çəkəcək.
İranın Zəngəzur narahatlığı.[i][/i]
Baş nazir N. Paşinyandan sonra, prezidentdə dəhlizin açılmasını vurğulaması İranın da Ermənistana mövqeyini dəyişdi. Artıq rəsmi Tehran Zəngəzur dəhlizinin ABŞ şirkətinə icazə veriləcəyi təqdirdə Ermənistanın poliqon olacağını qeyd edib. Bununla da Tehran Ermənistana sərt mövqeyini bildirdi.
İran Zəngəzur dəhlizini regional və iqtisadi maraqlarına təhdid hesab edir. Həmçinin ABŞ -ın onun şimalla əlaqələrinin qarşısını alacağından narahatdır. Həmçinin şərq-qərb arasında nəqliyyat əlaqəsindən məhrum olur.
İran -Ermənistan əlaqələrində böhran..
Qeyd edim ki, İranın dəhlizə qarşı çıxması əvvəllər Yerevanın siyasi maraqlarına cavab verirdirsə, hazırda Ermənistan İranın bu mövqeyini qəbul etmir. Ermənistan rəhbərliyi dəhlizə təhlükəsizlik nəzarətini ABŞ verməyi və "Tramp körpüsü" adlandırılmasında maraqlıdır.
N.Paşinyan bununla ABŞ siyasi və iqtisadi dəstəyini almağı hədəfləyir. Ermənistanın Zəngəzur dəhlizində ABŞ əməkdaşlığı İran- Ermənistan arasında yeni çatların yaranmasını müşahidə edəcəyik. İki ölkə arasında 30 illik anti-Azərbaycan üzərində qurulmuş əməkdaşlıq "sabun köpüyü" kimi əriməyə başlayır. Ermənistan ənənəvi Rusiya -İran odundan ayrılıb, Türkiyə -Azərbaycan oxuma yaxınlaşmaqla Qərblə əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.
Məhəmməd Əsədullazadə
Seçilən
14
1
newscenter.az

2Mənbələr