"Fənərbağça"nın uzun müddətdir birdəfəlik transfer etmək istədiyi Milan Şkrinyar bu gün İstanbulda olacaq.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" PSJ ilə razılığa gəlib. Türkiyə nəhəngi onun üçün Paris təmsilçisinə 6 milyon avro ödəyəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Şkrinyar ilə 4 illik müqavilə imzalanacaq. O, Con Duran, Arçi Braun və Tarık Çetindən sonra "Fənərbağça"nın bu yayki 4-cü transferi olacaq.

İstanbul təmsilçisinin transferdən növbəti hədəf heyətinə cinah oyunçusu cəlb etməkdir.