Olaylar.az xəbər verir ki, bu arada Suriyadakı mənbələr Aram News saytına bildiriblər ki, Rusiya qüvvələri Suriya ərazisindəki Əs-Suveydə bölgəsində yerləşən druz milislərinə iki mərhələdə silah partiyası ötürüb - həm Suriya ordusu ilə qarşıdurmalardan əvvəl, həm də döyüşlər zamanı.
Mənbələrin bildirdiyinə görə, verilən silahlar arasında yüngül və orta çaplı silahlar, snayper tüfəngləri, tank əleyhinə raketlər, o cümlədən "Kornet" raketləri də olub. Bu silahlar döyüşlərin gedişində qüvvələr nisbətini druzların xeyrinə dəyişə bilib.
Məsələ Suriya daxilində balansın dəyişməsinə və Moskva-Dəməşq münasibətlərinə necə təsir edəcək - bu, yaxın günlərdə aydınlaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31