
Rabat 30 iyun– Mərakeş Kralı VI Məhəmməd Taxt-Tac Bayramı münasibətilə xalqa ünvanladığı çıxışında ölkədəki sosial və regional bərabərsizliklərə toxunub. Dövlət başçısı kənd bölgələrində yoxsulluq və infrastruktur çatışmazlıqlarının hələ də mövcud olduğunu qeyd edib və bu halın dövlətdə formalaşdırılmış inkişaf vizionuna uyğun gəlmədiyini bildirib.“Bəzi bölgələr, xüsusilə kənd əraziləri, hələ də yoxsulluq və sosial kövrəklikdən əziyyət çəkir. Bu, əsas infrastrukturun və zəruri xidmətlərin olmaması ilə bağlıdır. Bu vəziyyət nə bizim bu günə dair baxışımıza, nə də sosial inkişaf və məkan ədalətini təmin etmək yolundakı səylərimizə uyğundur,” – deyə kral vurğulayıb.Çıxışının davamında VI Məhəmməd ölkənin müxtəlif bölgələri arasında inkişaf uçurumlarına qarşı çıxaraq bildirib ki, “nə bu gün, nə də sabah – iki sürətli Mərakeşə yer yoxdur.”Onun bu bəyanatı sosial ədalətə əsaslanan dövlət siyasətinə və ərazi balansının təmininə yönəlmiş islahatların davam etdiriləcəyinə dair aydın mesaj kimi dəyərləndirilir.Mərakeşdə hər il 30 iyulda qeyd olunan Taxt-Tac Bayramı, Kral VI Məhəmmədin 1999-cu ildə hakimiyyətə gəlməsinin ildönümüdür.Ulusum.az
Diqqət Çəkənlər
Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO
Kamçatkada 8,7 bal gücündə zəlzələ: 4 metrlik sunami dalğaları və təxliyə həyəcanı - VİDEO
Qardaşlar arasında qanlı qarşıdurma: Sumqayıtda dəhşətli hadisə