AZ

İranda azyaşlı qızı öldürən şəxs ictimaiyyət qarşısında edam edildi

İranın Semnan əyalətində 4 yaşlı qızı qətlə yetirən şəxs ictimaiyyət qarşısında edam edilib.

Publika.az xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

Məsələ ilə bağlı açıqlama verən Semnan əyalətinin baş prokuroru Məhəmməd Sadiq Əkbəri bildirib ki, sözügedən şəxs eyni ailənin 9 üzvünü də bıçaqlayıb:

"Keçən il 4 yaşlı qızı bıçaqlayaraq öldürən 25 yaşlı gənc haqqında ölüm hökmü çıxarıldı. Hüquqi prosesin tamamlanmasının ardından cəzası bu gün səhər saatlarında ictimaiyyət qarşısında icra edildi".

Seçilən
25
publika.az

1Mənbələr