AZ

Osimhen İstanbula qayıdır

style='margin-bottom:10px;'>

“Napoli”nin hücumçusu Viktor Osimhen yaxın 24 saat ərzində İstanbula gedəcək.

QOL.az "Milliyet"ə istinadən xəbər verir ki, nigeriyalı futbolçunun “Qalatasaray”a keçidi ilə bağlı sənədlər artıq imzalanıb. Transferin 75 milyon avroya başa gələcəyi bildirilib.

Osimhen son mövsümdə “Qalatasaray”da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 41 oyuna çıxaraq, 37 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr