AZ

Almaniya ordusunu çox sayda qırıcılar və hərbi texnika ilə gücləndirəcək

Bakı. Trend:

Almaniya hökuməti 2025-ci ilin sonunadək qüvvəyə minməsigözlənilən hərbi texnika satınalmalarını parlamentin təsdiqinəhazırlayır.

Trend xəbər verirki, “Bloomberg” agentliyinin öz mənbələrinə istinadən verdiyiməlumata görə, bu plan çərçivəsində 20 ədəd “Eurofighter”qırıcısının, 5 minədək “Boxer” tipli zirehli döyüş maşınının və azı3500 ədəd “Patria Oyj” zirehli texnikasının alınması nəzərdətutulur.

İyulun 30-da Almaniya Nazirlər Kabineti ölkənin orta müddətlimaliyyə planını təsdiqləməlidir. Həmin plana əsasən, Almaniyanınillik müdafiə büdcəsi qarşıdakı dörd il ərzində iki dəfədən çoxartırılaraq, 162 milyard avroya çatdırılacaq.

Agentlikdən qeyd edilib ki, bu göstərici 2029-cu ilədəkgerçəkləşdirilməli və NATO-nun hərbi xərclərin 2035-ci ilə qədərÜDM-in 3,5 faizinə çatdırılması ilə bağlı hədəfini xeyliqabaqlamalıdır.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr