AZ

2025-ci ilin ilk yarısında 162 milyon manat artıq və əsassız ödəniş aşkar edilib

 Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2025-ci ilin ilk yarısında dövlət büdcəsindən vəsait alan 77 təşkilatda nəzarət tədbirləri həyata keçirib və 162,0 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib.

Xidmətin məlumatına görə, ilkin maliyyə nəzarəti çərçivəsində 10,2 milyon manat artıq xərclənmənin qarşısı alınıb. Nəzarət tədbirlərinin əsas hissəsi Baş Prokurorluq və digər hüquq-mühafizə orqanlarının müraciətləri əsasında aparılıb. Bu çərçivədə 53 təşkilatda yoxlamalar zamanı 85,2 milyon manat artıq ödəniş qeydə alınıb və materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa təqdim edilib.

Hesabat dövründə əlavə olaraq 24 təşkilatda aparılmış planlı və plandankənar yoxlamalarla 76,8 milyon manat həcmində əsassız ödəniş aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında nöqsanlara yol verən 27 vəzifəli şəxs cərimələnib. Maliyyə Nəzarəti Xidməti həmçinin nöqsanların aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına məktublar göndərib.

N.Təbrizli

Seçilən
66
1
anews.az

2Mənbələr