"Kəpəz"dən Yeqor Xvalkonun yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, belaruslu futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək. O, "Tobol" klubu ilə razılığa gəlib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xvalko 3 mövsümdür "Kəpəz"də çıxış edirdi. O, Gəncə təmsilçisinin həm də kapitanı idi.

28 yaşlı müdafiəçi bölgə klubunun heyətində 102 oyuna çıxıb.