AZ

Layihə çərçivəsində Qax rayonunda dəyirmi masa keçiril- FOTOLAR

Layihə çərçivəsində uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu müzakirə olunub.

QHT.az xəbər verir ki, “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini  uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirməkdə sosial mütəxəssislərin rolunun gücləndirmək və  müvafiq dövlət qürumları ilə müzakirələrin aparılması  təşkl edir.

Layihə çərçivəsində Qax rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Qax rayonunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada sosial mütəxəsislərin rolunun gücləndirilməsi, uşaqların sosial mühitə inteqrasiya olunmasıın təşkilində  və hüquqi, sosial-psixoloji dəstəyin həyata keçirilməsində sosial mütəxəssislərin rolu məsələləri müzakirə edilib. Tədbirdə 25 sosial- psixoloji xidmət göstərən mütəxəssis, müvafiq dövlət qürumlarının əməkdaşları iştirak edib.

Tədbiri Qax  rayon  icra hakimiyyətinin Uşaq hüquqlarının müdaiəsi üzrə komissiyanın məsul katibi  Nəsimi Raziyev açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirərək, belə müzakirələrin keçirilməsinin xüsusi  əhəmiyyətini qeyd etmişdir. Qax rayon Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova  həyata keçirilən layihənin işinə uğurlar arzulamış, uşaqların təhlükəsizliyi və hüquqlarının qorunmasında həyata keçirdikləri fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin vacibliyini qeyd etmişdir. 

"Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, müasir dünyada sosial mütəxəssislərin üzərinə də ciddi və  məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində “Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və  hüquqlarının müdafiəsində  əsas amil kimi”  mövzusunda  dəyirmi masaların təşkil  olunmasında əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq, spesifik ehtiyacların müəyyən edilməsi üçün müzakirələrin təşkil olunmasından ibarətdir.

Digər çıxış edənlər uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində görülən işlər haqqında məlumat vermiş, layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində  həyata keçirilməsinin vacibliyini vurğulamışlar.  

Layihə üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və  hüquqlarının müdafiəsində əsas amil kimi, uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlara sosial xidmətlərin  göstərilməsinin gücləndirilməsinin vəziyyəti, yeni yanaşmalar mövzusunda təqdimat etmiş, çətin həyat şəraitində, sağlamlıq imkanları məhdud  və xüsusi qayğıya ehtiyacı olan  uşaqlara sosial xidmətlərin göstərilməsinin vəziyyəti: uğurlu təcrübələr, ehtiyaclar mövzusu ətrafında müzakirələr  təşkil olunmuş, müvafiq təkliflər verilmişdir.

Tədbir iştirakçıları vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində  mühüm rolu olduğunu ifadə etmişlər. 

Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilmiş, xatirə fotoşəkili çəkilmişdir.

Seçilən
18
11
qht.az

10Mənbələr