AZ

"Bu sual ritorik deyil və cavabı hamıya aydındır"

"Kiyev rejimi Qərbdən aldığı silahların qarşılığını hətta ölkənin mədəni irsi ilə ödəməyə hazırdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri XİN rəsmisi Mariya Zaxarova deyib.

“Kiyev rejimi, müasir Ukrayna ərazisində yerləşən mədəni dəyərləri talamaqdan çəkinmir, onları guya xilasetmə əməliyyatı adı altında xaricə çıxarır. Məsələn, 2023-cü ildə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin Kiyevo-Peçersk Lavrasından müqəddəs əşyaların Avropa muzeylərinə ötürülməsi üçün çıxarılmasına hazırlıq görüldüyünü bildirmişdi. Halbuki o vaxtk Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko heç bir dini-mədəni dəyərin ölkəni tərk etməyəcəyini deyirdi. Lakin 2023-cü ildə Ukraynadan Avropaya çox sayda eksponat və ikona aparılıb və bu gün onlar Luvr da daxil olmaqla bir sıra muzeylərdə sərgilənir", - o qeyd edib.

"Bu və digər mədəni dəyərlər geri qayıdacaqmı, yoxsa, adət etdiyimiz kimi, ‘kolonial dövlətlərin’ muzeylərindəmi qalacaq? Bu sual ritorik deyil və cavabı hamıya aydındır – Kiyev rejimi Qərbdən aldığı silahlar üçün hətta milli kimlik formalaşdıran mədəni irslə belə hesablaşmağa hazırdır. Halbuki Zelenski bu irsin silinməsi məsələsində daim Rusiyanı ittiham edir", - Zaxarova əlavə edib

Seçilən
15
operativmm.az

1Mənbələr