AZ

Metin Şentürk qardaşı üçün dua istədi - FOTO

Müğənni Metin Şentürk bir müddətdir xərçənglə mübarizə aparan və hazırda müalicəsi xəstəxanada davam edən qardaşı ilə bağlı paylaşım edib.

News365.az -ın xəbərinə görə, O, sosial media hesabında qardaşı ilə birlikdə çəkilmiş görüntünü paylaşaraq izləyicilərindən dua istəyib.

Şentürk paylaşımında bu sözləri qeyd edib:

“Bəzən həyat bizi fərqli ağrılarla sınağa çəkir. 11 aydır qardaşımla birlikdə amansız xərçəng xəstəliyinə qarşı böyük bir mübarizə aparırıq. İndi isə xəstəxanadayıq, ağrıları çox güclüdür. Mən inanıram ki, duaların gücü qardaşımı bu əzabdan qurtara bilər.”

“Hər birinizdən bu ağrıların dinməsi üçün dua etmənizi xahiş edirəm. Allah dualarınızı qəbul etsin. Allah hamınızdan razı olsun.”


Seçilən
19
news365.az

1Mənbələr