AZ

Tramp Hindistana qarşı 25%-lik idxal rüsumu tətbiq etdi

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp 1 avqust tarixindən etibarən Hindistana qarşı 25%-lik idxal rüsumu tətbiq olunacağını elan edib. Trampın sözlərinə görə, bu addım Hindistanın Rusiyadan enerji resursları və silah alışı səbəbindən atılıb.

Tramp bildirib ki, Hindistan daim Rusiyadan silah idxal edib və bu ölkə Çindən sonra Rusiyanın ən böyük enerji alıcısıdır. Onun sözlərinə görə, Hindistan 25%-lik rüsumdan əlavə olaraq, “cərimə rüsumları” da ödəməli olacaq. Bu cərimələr Hindistanın Rusiya ilə geniş miqyaslı enerji və hərbi əməkdaşlığına görə tətbiq olunur.

Trampın bu bəyanatı beynəlxalq ticarət münasibətlərində gərginliyin daha da artacağına dair narahatlıqları gücləndirib. Hindistan tərəfi hələlik bu açıqlamaya rəsmi münasibət bildirməyib.

Seçilən
13
veteninfo.az

1Mənbələr