Basketbol üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması bu gün Rumıniyada keçirilən Avropa Çempionatının B divizionunun B qrupunda beşinci oyununu keçirib.
Operativ Media xəbər verir ki, komandamız Danimarka yığması ilə qarşılaşıb. Görüş danimarkalıların qələbəsi ilə başa çatıb
Azərbaycan (U-18) – Danimarka (U-18) – 49:91
(1-ci hissə: 9:22, 2-ci hissə: 16:10, 3-cü hissə: 14:32, 4-cü hissə: 10:27)
Azərbaycan yığması bundan əvvəl Rumıniya (34:60), Ukrayna (67:71), Gürcüstan (66:82) və Portuqaliya (54:68) komandalarına da məğlub olub.
Qrupdakı mövcud xal durumu:
Danimarka – 9 xal, Rumıniya və Portuqaliya – hərəyə 7 xal, Gürcüstan – 6 xal, Ukrayna və Azərbaycan – hərəyə 5 xal.