AZ

Birinci yarımildə Maliyyə Nazirliyi 27 nəfər vəzifəli şəxsə cərimələyib

Bakı. Trend:

Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin DövlətMaliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarəttədbirləri həyata keçirilib.

Trend bu barədə Nazirliyə istinadən xəbərverir.

Məlumata görə, yoxlamalar zamanı, hüquqi qiymət verilməsi üçünprokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarətobyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlarayol verən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasəninzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsəcərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinəödənilməsi təmin olunub.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aşkar edilmişnöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasınınqarşısının alınması və nöqsanlara yol vermiş vəzifəli şəxslərbarəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədiləaidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiqməktublar göndərilib.

Seçilən
10
49
az.trend.az

10Mənbələr