AZ

Uqanda ilə Cənubi Sudan arasındakı sərhəd bölgəsində döyüşlər olub

Uqanda ilə Cənubi Sudan arasındakı sərhəd bölgəsində silahlı qarşıdurma baş verib. Ən azı 5 Cənubi Sudan və 1 Uqanda əsgəri həlak olub.

Herbiand.az bildirir ki, bu barədə Qərb mətbuatına istinadən “İnterfaks” məlumat yayıb.

Uqanda hərbçilərinin açıqlamalarına görə, Cənubi Sudan ordusunun bölmələri sərhədi qanunsuz keçib və geri çəkilməkdən imtina etdikdən sonra atışma başlayıb.

Cənubi Sudan silahlı qüvvələri toqquşma faktını etiraf etsə də, itkilərin sayı barədə məlumat verməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
34
herbiand.az

1Mənbələr